Daxili İşlər Nazirliyi Qardabanidə müxtəlif cinayətlərə görə axtarışda olan şəxsi saxlayıb

Sep 19, 2025 - 14:18
 0  103
Daxili İşlər Nazirliyi Qardabanidə müxtəlif cinayətlərə görə axtarışda olan şəxsi saxlayıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Qardabani Rayon İdarəsinin əməkdaşları müxtəlif cinayətlərə görə axtarışda olan, 1971-ci il təvəllüdlü G.G.-ni saxlayıblar.

“Tutulmuş G.G. hüquq-mühafizə orqanları tərəfindən ailə daxilində törədilmiş zorakılıq və ailə üzvünə qarşı dəfələrlə hədə-qorxu gəlmə ittihamı ilə axtarılırdı”, – qurumun açıqlamasında deyilir.

Məlumata görə, Batumi Şəhər Məhkəməsi G.G.-yə qarşı qiyabi olaraq həbs qətimkan tədbiri seçmişdi.

Təqsirləndirilən şəxs Penitensiar Müəssisəyə köçürülüb.

Qurumun açıqlamasında hadisənin nə vaxt baş verdiyi və həmin şəxsin nə qədər müddət axtarışda olduğu dəqiqləşdirilməyib.

mənbə: marneulifm