David Gareci ilə bağlı yayılanlar hakimiyyətə qarşı spekulyasiyadır

Sep 7, 2026 - 13:38
 0  14
David Gareci ilə bağlı yayılanlar hakimiyyətə qarşı spekulyasiyadır

Paytaxtın meri Kaxa Kaladze hesab edir ki, son vaxtlar David Gareci ilə bağlı yayılan ittihamlar Gürcüstan hakimiyyətinə zərər vurmaq məqsədi daşıyan spekulyasiyalardır.

XEBER.GE xeber  verir ki, Kaladze bu gün jurnalistlərə bildirib ki, bütün bunların arxasında hansı qrupların dayandığı ona məlum deyil.

"Mən hesab edirəm ki, qeyd olunan məsələyə ciddi yanaşmamalıyıq. Bir neçə gün əvvəl bu barədə açıqlama vermişəm. Bütün bunlar qeyri-ciddidir. Hətta bu söhbətdən də görünür ki, metr və kilometrləri müəyyən edə bilməyiblər və nəyin müzakirə olunduğunu başa düşməyiblər. Bu, sadəcə olaraq, hakimiyyətə necə pislik etmək, ləkə yaxmaq üçün adi spekulyasiyalardır, baxmayaraq ki, cəmiyyətdə heç nə gizli qalmır, hər şey aydın və bəllidir. Bunlar sadəcə spekulyasiyalar və heç bir arqument olmadan hakimiyyətin ünvanına atılan palaqdır. Bilmirəm, bunun arxasında konkret hansı qruplar dayanır, onların hansı maraqları var. Bir şey aydın görünür ki, bu cür ittihamlar, əsassız spekulyasiyalar və bəyanatlarla hakimiyyətə zərər vurmağa cəhd edilir", - deyə Kaladze qeyd edib.