Dəhşətli fəlakətdən 11 gün sonra möcüzə baş verdi

Sep 5, 2026 - 22:20
 0  29
Dəhşətli fəlakətdən 11 gün sonra möcüzə baş verdi
: :
playing

Nepalda dağıdıcı daşqınlardan 11 gün sonra iki nəfər suda sağ tapılıb.

 XEBER.GE  xəbər verir kibu barədə “The Kathmandu Post” məlumat verir.

Xilas edilən ilk şəxs Çin vətəndaşı olub. O, Rasuva rayonunda “Yuxarı Trişuli-1” su-elektrik layihəsinin tunelində ilişib qalıb. Xəsarət alan şəxs növbəti yardımın göstərilməsi üçün hərbi kazarmaya çatdırılıb.

Bundan əlavə, mütəxəssislər 64 yaşlı yerli sakin Çandika Şrestxunu xilas etməyə müvəffəq olublar. O, qismən su altında qalmış evin dördüncü mərtəbəsində tapılıb. Qadını çıxarmaq üçün xilasedicilər divarı deşməli olublar. Ona dərhal ilk yardım göstərilib və su verilib. Şrestxunun vəziyyəti o qədər ağır olub ki, onu qollarında çıxarıblar.

Nepalda fəlakətli daşqınlar avqustun 26-da başlayıb. Fəlakət nəticəsində Timur, Syafrubezi, Trişuli, Betraviti və Battar şəhərlərində evləri və körpüləri su aparıb, yollar su altında qalıb. Həlak olanların sayı 1287 nəfərə çatıb, beş mindən çox insan isə itkin düşmüş sayılır.

mənbə: publika.az