ABŞ ukraynalı qaçqınları qəbulunu dayandırdı

Jan 28, 2025 - 13:49
 0  42
ABŞ ukraynalı qaçqınları qəbulunu dayandırdı

ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti "Ukrayna naminə Birlik" (United for Ukraine, U4U) proqramı çərçivəsində ukraynalı qaçqınların ölkəyə qəbulunun dayandırıldığını təsdiqlədi.

Xeber.ge xəbər verir ki, bu barədə miqrasiya qurumunun rəsmi saytında dərc olunan bəyanatda məlumat verilib.

"ABŞ Prezidenti Donald Trump-ın 2025-ci il yanvarın 20-də imzaladığı "Sərhədlərimizin qorunması" adlı icra fərmanı ilə əlaqədar olaraq ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti I-134A formalarının, yəni onlayn dəstək sorğularının və maliyyə dəstəyi haqqında bəyanatların qəbulunu dayandırır," - bəyanatda deyilir.

Qurum bildirib ki, müraciətlərin qəbulu U4U proqramının şərtləri və sənəd proseslərinin hərtərəfli qiymətləndirilməsi başa çatana qədər dayandırılıb. Qeyd olunub ki, bu proqram ukraynalılara ABŞ-yə qaçqın statusunda gəlmək və ölkədə iki il ərzində qanuni qalmaq imkanı təqdim edir.

Xatırladaq ki, bundan əvvəl Trump bir sıra miqrasiya tədbirlərini sərtləşdirən fərmanlar imzalayıb. Xüsusilə, ABŞ Prezidenti ölkənin cənub sərhədində fövqəladə vəziyyət rejimi elan edib.

mənbə: baku.ws