Bugün “Gürcü Arzusu” yeni partiya sədrini seçəcək

Bu gün Gürcüstanın hakim partiyası “Gürcü Arzusu”nun qurultayı keçiriləcək.
Qurultayda partiyanın yeni sədri seçiləcək və partiyanın siyasi şurasının yenilənmiş tərkibi təsdiq ediləcək.
Hazırda partiya sədrliyinə kimin namizəd olacağı dəqiqləşdirilməyib.
“7 mayda keçiriləcək qurultayda yeni sədr seçiləcək və siyasi şuranın yenilənmiş tərkibi təsdiqlənəcək,” – deyə “Gürcü Arzusu”ndan bildirilib.
Xatırladaq ki, partiyanın indiki sədri İrakli Qaribaşvili aprelin 25-də həm siyasi səhnədən, həm də partiya rəhbərliyindən getmək qərarını açıqlayıb.
mənbə: interpress