Bu gündən qida ilə təmas üçün nəzərdə tutulan bəzi plastik məmulatların satışı qadağan edilir
2026-cı il yanvarın 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların dövriyyəsi qadağan edilir, maliyyə cərimələri tətbiq olunur.
Xeber.ge xeber verir ki,
Eyni zamanda, ictimai iaşə obyektləri tərəfindən plastikdən hazırlanmış birdəfəlik ərzaq konteynerləri və stəkanlar vasitəsilə istehlakçılara hazır yeməklərin təqdim edilməsi də qadağan edilir.
“Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik materiallar və məmulatlar (əşyalar) haqqında texniki reqlament”in tələblərinin pozulması müvafiq məhsulların müsadirəsi ilə birlikdə 1 000 lari məbləğində cərimə ilə nəticələnəcək; təkrar pozuntu halında isə müvafiq məhsulların müsadirəsi ilə birlikdə 2 000 lari məbləğində cərimə tətbiq olunacaq. Müsadirə edilmiş məhsullar Dövlət Əmlakının Milli Agentliyinə təhvil veriləcək.