Bu gün Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçiriləcək

Bu gün, Rustaveli prospektində genişmiqyaslı etiraz aksiyası keçiriləcək.
Vətəndaşlar saat 16:00-dan etibarən prospektdə toplaşacaqlar.
Bundan əlavə, tələbələrin etiraz yürüşü planlaşdırılıb. Yürüş saat 15:00-da Tbilisi Dövlət Universitetinin birinci korpusundan başlayacaq.
“Rustaveli prospekti” hərəkatının qurucusu Paatа Burçuladze sosial şəbəkədə vətəndaşlara müraciət edərək bir daha aksiyaya qoşulmağa çağırıb:
“Vətən naminə saat 16:00-da hamı Rustaveliyə!” – deyə o bildirib.
Xatırladaq ki, Rustaveli prospektində etiraz aksiyaları artıq 311 gündür davam edir. Aksiya iştirakçıları yeni seçkilərin təyin edilməsini və etiraz aksiyaları zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər
mənbə: interpress