Brüsseldə Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən ləğvi ilə bağlı müzakirələr başlayacaq

Jan 10, 2025 - 15:03
 0  76
Brüsseldə Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən ləğvi ilə bağlı müzakirələr başlayacaq

Bu gün Brüsseldə səfirlər səviyyəsində Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən ləğvi ilə bağlı müzakirələr başlayacaq.

Bu barədə Gürcüstanın Mtavari Arxi telekanalı məlumat yayıb.

Bildirilib ki, ayın sonunda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri qərarı təsdiq edəcəklər.


Məlumata görə, söhbət Gürcüstan rəsmilərinin, diplomatik pasport sahiblərinin Şengen zonasına daxil olması üçün viza rejiminin tətbiq edilməsindən gedir. Məhdudiyyətin sıravi vətəndaşlara şamil edilməyəcəyi bildirilir.

mənbə: apa