Berlində 15 yaşlı gürcü yeniyetmə bir həftədə iki dəfə həbs edilib
 
                                Berlində 15 yaşlı gürcü yeniyetmə bir həftə ərzində iki dəfə həbs edilib.
 
Hadisədən sonra o və onun 33 yaşlı gürcü sərnişini qaçmağa cəhd etsələr də, iki şahid onları saxlaya bilib.
Polis avtomobilə baxış keçirərkən müxtəlif zərgərlik əşyaları, əl çantaları, pulqabılar və bank kartları tapıb. 
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının ehtimalına görə, bu əşyalar müxtəlif vaxtlarda oğurlanıb. Bundan sonra yeniyetməni Yetkinlik Yaşına Çatmayanlara Yardım Xidmətinə təhvil veriblər.
Xeber.ge xeber  verir ki, 
Bundan sonra, polis yeniyetmənin qəyyumları ilə danışmaq məqsədilə onu tapmaq üçün yataqxanalardan birinə gedib, lakin orada daha üç nəfər ilə qarşılaşıblar.
Polisin versiyasına görə, 45 yaşlı kişi yeniyetmənin əlbir olduğu şəxs olub, 31 və 29 yaşlı Moldova vətəndaşı olan kişilər isə onların qaçırdığı şəxslər imiş. Onlardan birinin üzərində zədələr olub.
Hazırda 15 yaşlı və 45 yaşlı şəxslər barəsində, ehtimal ki, girov pulu almaq məqsədilə adam oğurluğu ilə bağlı istintaq davam edir. Onlar hazırda həbsdədir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            