Batumidə İnterpol tərəfindən axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Krimnal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən beynəlxalq axtarışda olan şəxs yaxalanıb.
Xeber.ge xəbər verir ki,
Məlumata əsasən, həmin şəxs Türkiyə hüquq-mühafizə orqanlarının sorğusu əsasında müxtəlif ağır cinayətlər törətməkdə ittiham olunaraq beynəlxalq axtarışa verilibmiş.
Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiya prosedurları davam etdirilir. Onun yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcəyi gözlənilir.