Batumidə bir nəfər bıçaqlanıb
Batumi şəhərində bir nəfər bıçaqlanıb. Yaralı şəxs tibb müəssisəsinə yerləşdirilib.
Xeber.ge xəbər verir ki,
Nəşrin məlumatına görə, hadisə dekabrın 28-də baş verib və buna qarşılıqlı mübahisə səbəb olub. Mövcud məlumatlara görə, yaralanan şəxs xarici ölkə vətəndaşıdır.
Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə araşdırmalara başlayıb.