Batumidə Bıçaqlama Faktı üzrə Bir Nəfər Saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Batumidə baş verən qəsdən adam öldürməyə cəhdlə bağlı 1986-cı il təvəllüdlü,
əvvəllər məhkum olunmuş Z.K. saxlanılıb. Nazirliyin məlumatında bildirilir ki, o, 2001-ci il təvəllüdlü şəxsi bıçaqlayıb.
“İstintaqla müəyyən edilib ki, Batumidə qarşıdurma zamanı, qarşılıqlı mübahisə zəminində, Z.K. 2001-ci il təvəllüdlü L.Ç.-ni soyuq silahla bıçaqlayıb və hadisə yerindən qaçmağa cəhd edib. Bu zaman hüquq-mühafizə orqanları onu saxlayaraq təqsirləndirilən şəxs qismində həbs ediblər. Yaralanan L.Ç. xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib”, – deyə rəsmi məlumatda qeyd olunur.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi üzrə aparılır. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: marneulifm