Baş nazir elan etdi: Gela Geladze daxili işlər nazirinin müavini olacaq
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bəyanatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Gela Geladze daxili işlər nazirinin müavini vəzifəsini tutacaq.
XEBER.GE xeber verir ki, bu gün DTX rəisi Gela Geladze tutduğu vəzifəni tərk etdi. Gela Geladze daxili işlər nazirinin müavini vəzifəsini tutacaq.
O, öz bilik və təcrübəsi ilə Gürcüstan Daxili İşlər Nazirliyinin funksiyalarını əhəmiyyətli dərəcədə gücləndirəcək", – deyə Kobaxidze bildirib.