Gürcüstanda plastik qab-qacaq qadağan olunur

Nov 14, 2025 - 20:23
Nov 14, 2025 - 20:41
 0  13
Gürcüstanda plastik qab-qacaq qadağan olunur

2026-cı ilin yanvarın 1-dən etibarən qida ilə təmas üçün nəzərdə tutulmuş müəyyən plastik məmulatların satışı qadağan olunur.

 
"Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik materiallar və məmulatların təsdiqi haqqında" qərara dəyişikliklər ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirliyinin təşəbbüsü ilə edilib.
 

Xeber.ge xeber  verir ki, plastikdən hazırlanmış çəngəllərin, bıçaqların, qaşıqların, çubuqların, boşqabların, sancaq borularının (samançaların), içki qarışdırıcılarının, genişləndirilmiş polistirol (EPS) qida konteynerlərinin və onların qapaqlarının, genişləndirilmiş polistirol (EPS) stəkanların və onların qapaqlarının istehsalı (ixrac məqsədli istehsal istisna olmaqla), idxalı və bazara çıxarılması qadağan edilir.

 
Həmçinin, plastikdən hazırlanmış birdəfəlik istifadə olunan qida konteynerləri və stəkanlar vasitəsilə ictimai iaşə obyektləri tərəfindən istehlakçıya hazır yemək təqdim etmək də qadağan olunur.
 
Tənzimləmə qablaşdırılmış qida üçün nəzərdə tutulmuş birdəfəlik plastik qablaşdırma məmulatlarına şamil edilmir.