Azərbaycanın Tbilisidəki səfiri Gürcüstan DTX-nin rəisi ilə regional təhlükəsizliyi müzakirə edib

Azərbaycanın Tbilisdəki səfiri Faiq Quliyev Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Anri Oxanaşvili ilə görüşüb.
Bu barədə məlumatı Gürcüstan DTX yayıb.
Bildirilib ki, görüşdə Gürcüstan DTX rəisinin birinci müavini İrakli Beraya da iştirak edib.
Tərəflər Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
Görüş zamanı həmçinin regionda mövcud təhlükəsizlik mühiti, eləcə də iki ölkənin qarşısında duran təhlükələr və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Anri Oxanaşvili və Faiq Quliyev hər iki ölkənin təhlükəsizlik qurumları arasında mövcud olan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın səfiri Anri Oxanaşvilini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
mənbə: report