Azərbaycanın Gürcüstandakı Səfirliyi və AZEBİ yüzlərlə aztəminatlı ailəyə yardım edib

Azərbaycanın Gürcüstandakı Səfirliyi və Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Ramazan ayı münasibətilə Gürcüstanda yaşayan aztəminatlı ailələrə ərzaq yardımı göstərib.
Səfirliyin müşaviri Samir Əbdürəhimov, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov və digər rəsmi şəxslər martın 27-də yardımı Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şeyxi Hacı Faiq Nəbiyev və müfti Etibar Eminova təhvil veriblər.
Bu il yardımların ünvanlara çatdırılması GMİ-nin təşkilatçılığı ilə keçiriləcək. Ümumilikdə 300-dən çox aztəminatlı ailəyə Ramazan sovqatı paylanacaq.
mənbə: report