Avtomobil qəzası – gənc qadın həyatını itirdi

Saçxerenin Korboul kəndində avtomobilin piyadanı vurması nəticəsində gənc qadın dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomobilin sürücüsü saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə istintaq aparılır. Maddə nəqliyyat hərəkəti və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.
mənbə: interpress