Avstraliyada qorxunc mənzərə: Səma qırmızıya boyandı - VİDEO

Mar 29, 2026 - 12:52
 0  7

Avstraliyanın qərb hissəsi ölkəyə çatan "Narell" siklonundan sonra qan-qırmızı rəngə boyanmış səma ilə örtülüb.

Xeber.ge xəbər verir ki, səmanın qeyri-adi rəngi kimyəvi proses nəticəsində yaranıb.

Məlumata görə, fırtına cəbhəsi dəmir oksidləri ilə zəngin torpağa malik quraq yarımsəhra ərazilərindən keçib. Güclü külək torpağın üst qatını qoparıb, yağış suları isə onu su hövzələrinə daşıyıb. Nəticədə sakinlər parlaq qırmızı səma və qızılı-qırmızı rəngə çalan çayları müşahidə ediblər.

Siklon Koral-Bey sahillərinə üçüncü kateqoriyalı fırtına kimi çatıb, daha sonra isə Karnarvon şəhərinə doğru hərəkət edərək güclü toz fırtınasına səbəb olub.

Təbii fəlakətin ən böyük zərbəsi kurort şəhəri Eksmutda qeydə alınıb. Burada küləyin sürəti 250 km/saatdan çox olub. Nəticədə çoxsaylı yaşayış evləri və mühüm infrastruktur obyektləri zədələnib. Damlar uçub, pəncərələr sınıb, elektrik enerjisində fasilələr yaranıb və bəzi əraziləri su basıb.

mənbə: oxu.az