Ana və uşağın öldüyü qəzada yeni şok detal-VİDEO
Qoridə ana və uşağının ölümü ilə nəticələnən faciəvi yol qəzası ilə bağlı yeni təfərrüatlar və hadisə anının növbəti görüntüləri yayılıb. "Trialeti" telekanalının əldə etdiyi və yayımladığı yeni kadrlardan məlum olur ki, qəzanı törədən sürücü Rezi Elizbaraşvilinin idarə etdiyi avtomobildə tək olmayıb.
XEBER.GE xəbər verir ki, yayılan görüntülərdə qəzadan dərhal sonra maşından ən azı daha iki sərnişinin düşdüyü əks olunub:
Videogörüntülərdə qəzanı törədən ehtimal edilən sürücü ilə yanaşı, avtomobildən daha iki nəfərin düşdüyü aydın şəkildə görünür.
Əldə olunan ilkin məlumatlara görə, həmin iki şəxs yetkinlik yaşına çatmayan yeniyetmələr olub.
Həyatını itirən ana və uşağın ailə üzvləri və yaxınları baş verən faciəyə görə günahkarın qanunun imkan verdiyi həddə ən ağır şəkildə cəzalandırılmasını tələb edirlər.
Onlar hadisənin bütün ağırlığı və sürücünün sərxoş vəziyyətdə olması fonunda məhkəmənin tam adekvat və amansız hökm çıxarmasını gözləyirlər.
Xatırladaq ki, sərxoş sürücü tərəfindən vurulan ana və övladı xəstəxanada keçinib, hadisəni törədən şəxs barəsində isə artıq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Sürücünü 12 ilədək həbs cəzası gözləyir.