Allah bu dörd xisləti olan insanların günahlarını silər

Apr 1, 2025 - 15:27
 0  32
Allah bu dörd xisləti olan insanların günahlarını silər

Həzrət Pеyğәmbәr (s) buyurub ki, “Hәr kәsdә dörd хislәt оlsа, büsbütün günаh içindә dә оlsа, Аllаh оnun bütün günаhlаrını yахşı әmәlә vә sаvаbа çеvirәcәk.”

Hәmin dörd хislәt bunlаrdаn ibаrәtdir:

1. Düz dаnışmаq

2. Hәyа

3. Gözәl rәftаr

4. Nеmәtlәrin şükrünü еtmәk.

Peyğəmbərin (s) bu hədisində vurğulanan dörd xislət insanın mənəvi və əxlaqi kamilliyə çatmasına kömək edən əsas xüsusiyyətlərdir.

 Düz danışmaq – Sadiqlik; Yalan danışmaq günahların ən böyüklərindən biridir. Düz danışmaq isə insanın həm Allahla, həm də insanlarla münasibətində sadiq olmasını göstərir. Quranda da buyurulur:
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru danışanlarla olun.” (Tövbə, 119)
Əgər bir insan həmişə düz danışırsa, bu, onun imanının güclü olduğuna və ixlasla yaşadığına işarə edir.

Həya; Həya insanı günahlardan çəkindirən bir qüvvədir. Peyğəmbər (s) buyurub: “Həya imandandır.”
Həyanın olması insanın pis əməllərdən çəkinməsinə və pak, nəcib həyat yaşamasına səbəb olur.

Gözəl rəftar; Peyğəmbərdən belə bir hədis nəql olunur: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.”
Gözəl əxlaq insanın həm Allahla, həm də insanlarla olan münasibətlərini saflaşdırır.
Bağışlamaq, mərhəmətli olmaq, insanlara mehriban və nəzakətli davranmaq bu kateqoriyaya daxildir.

Nemətlərin şükrünü etmək; Allah Quranda buyurur:
“Əgər şükür etsəniz, (nemətimi) artıracağam.” (İbrahim, 7)
Şükür insanın Allahın verdiyi nemətlərə qarşı laqeyd olmamasını və həmişə minnətdarlıq hissi ilə yaşamasını tələb edir.
Şükür yalnız dil ilə deyil, həm də əməllə olur – yəni insan sahib olduğu nemətləri Allahın razı olduğu işlərdə istifadə etməlidir.

mənbə: azshafaqna.com