Aksiyalar zamanı Gürcüstan DİN-in 171 əməkdaşı yaralanıb
Tbilisidə aksiyalar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin 171 əməkdaşı yaralanıb, onlardan bəziləri ağır bədən xəsarətləri alıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, aksiyalarda yaralanan 10-a yaxın polis əməkdaşına ağır cərrahi müdaxilə edilib, 40-a yaxın polis isə üz, baş və göz xəsarətləri alıb.
Aksiyalar zamanı 60-a yaxın oğurluq halının qeydə alındığı bildirilib.
DİN-in bəyanatında müxtəlif siyasi qrupların və təşkilatların hüquq mühafizə orqanlarının əməkdaşlarını gözdən salmağa çalışdığı qeyd olunub
mənbə: apa