Aİ ilin sonuna kimi Gürcüstanla viza rejiminin ləğvinə dair tövsiyələrini təqdim edəcək

Oct 20, 2025 - 19:19
 0  63
Aİ ilin sonuna kimi Gürcüstanla viza rejiminin ləğvinə dair tövsiyələrini təqdim edəcək

Avropa Komissiyası ilin sonuna kimi Gürcüstanla viza rejiminin dəyişdirilməsi və ayrı-ayrı şəxslərə qarşı sanksiyalarla bağlı öz təkliflərini hazırlayacaq.

Bu barədə Aİ ölkələrinin Xarici Əlaqələr Şurasının yekunlarına həsr olunmuş mətbuat konfransında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası ilin sonuna qədər viza rejiminin dayandırılması mexanizmi ilə bağlı hesabat təqdim edəcək, yeni viza tənzimləməsi isə noyabrda qüvvəyə minəcək.

mənbə: report