Ağır yol qəzası: 2 nəfər öldü, 3 nəfər yaralandı

Aug 22, 2025 - 14:00
 0  20
Ağır yol qəzası: 2 nəfər öldü, 3 nəfər yaralandı
: :
playing

Borjomi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb.

Qəza “Toyota” markalı minik avtomobili ilə treylerin toqquşması nəticəsində baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci bəndi ilə istintaq başlanıb. Həmin maddə nəqliyyatın hərəkət və ya istismar qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olma hallarını nəzərdə tutur.

mənbə: interpress