Ağcaqanadlar hər il 700 mindən çox insanın həyatına son qoyur
Hər il heyvanlar yaxud da həşəratlar təxminən 1,5 milyon insanın ölümünə səbəb olur, 500 mindən çox insan isə baş verən münaqişələr nəticəsində həyatını itirir.
Şübhəsiz ki, həşəratlar arasında əsas “qatillər” ağcaqanadlardır.
Xeber.ge xəbər verir ki, onlar min illərdir insanlar üçün ən böyük təhlükələrdən biri olaraq qalır və hər il təxminən 760 min insanın həyatına son qoyur. Bu ölümlərin 80 faizdən çoxu malyariya ilə bağlıdır. Xəstəlik əsasən “Anopheles” cinsinə aid ağcaqanadlar tərəfindən yayılır. Malyariya hər il təxminən yarım milyon uşağın ölümünə səbəb olur.
Bundan əlavə, ağcaqanadların yaydığı digər xəstəliklər nəticəsində hər il təxminən 100 min insan həyatını itirir. Bunlara aşağıdakılar daxildir:
• denge qızdırması;
• sarı qızdırma;
• yapon ensefaliti.
Bu xəstəliklərin bir hissəsi “Aedes aegypti” növünə aid ağcaqanadlar tərəfindən yayılır.
İnsanlarda ən geniş yayılmış fobiyalardan biri ilanlardır. Onlar ölüm sayına görə ikinci yeri tutur. Zəhərli ilanların səbəb olduğu ölümlərin dəqiq sayını müəyyən etmək çətindir. Belə halların çoxu ölüm hallarının tam qeydiyyata alınmadığı kənd ərazilərində baş verir. Bununla belə, ən real qiymətləndirməyə görə, ildə təxminən 100 min insan ilan sancmasından ölür.
Digər ölüm hallarının böyük hissəsi itlərin payına düşür. İnsanlar adətən onları ev heyvanı kimi qəbul etsələr də, bu halların əksəriyyəti itlərin dişləməsi nəticəsində ötürülən quduzluq xəstəliyi ilə bağlıdır.
Şirin su ilbizləri isə hər il təxminən 14 min insanın ölümünə səbəb olur. Bu, şistosomoz xəstəliyinin yayılması ilə əlaqədardır.
Siyahının sonunda adətən qorxulu filmlərində tez-tez rast gəlinən heyvanlar – akula və canavarlar yer alır. Baxmayaraq ki, onların insanlara hücumları çox nadir hallarda baş verir.
mənbə: azertag.az