Acarıstanda beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı yaxalanıb

Feb 17, 2026 - 10:40
 0  3
Acarıstanda beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı yaxalanıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Krimnal Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində beynəlxalq səviyyədə axtarışda olan şəxs saxlanılıb.

Xeber.ge xəbər verir ki, 2000-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı E.B. Türkiyə hüquq-mühafizə orqanlarının sorğusu əsasında, müxtəlif ağır cinayətlər törətməkdə ittiham olunaraq axtarışa verilibmiş.

Məlumata əsasən, polis Xelvaçauri bələdiyyəsi ərazisində saxlanılan şəxsin müvəqqəti yaşadığı evə baxış keçirən zaman qanunsuz odlu silah və döyüş sursatı aşkar edərək götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) ilə istintaq aparılır. Bu maddə üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda saxlanılan şəxs penitensiar müəssisəyə yerləşdirilib və onun Türkiyəyə ekstradisiya edilməsi üçün müvafiq hüquqi prosedurlar həyata keçirilir.