Acarıstan hökumətinin sabiq sədri müalicə üçün Türkiyəyə aparıldı

Acarıstan Muxtar Respublikasının keçmiş hökumət başçısı Tornike Rijvadze müalicə məqsədilə Türkiyəyə köçürülüb.
Bu barədə Interpressnews-a Birinci Universitet Klinikası'nın klinik direktoru Lali Turdzeladze məlumat verib.
Onun sözlərinə görə, Rijvadzenin Türkiyədə müalicəyə göndərilməsi ailənin istəyinə əsasən həyata keçirilib.
Xatırladaq ki, 7 iyulda Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yaymışdı ki, Tornike Rijvadze Saqareco şəhərindəki “Geohospitals” klinikasına sinə nahiyəsindən odlu silah yarası ilə yerləşdirilib. Ona təcili tibbi yardım göstərilib, sonra isə Birinci Universitet Klinikasına köçürülüb.
Hadisə ilə bağlı açılan cinayət işində, odlu silahın səhlənkar saxlanılması ittihamı ilə Aleksi Axvlediani təqsirləndirilən şəxs qismində saxlanılıb. Məhkəmə onun üçün 30 000 lari girov təyin edərək zaldan azadlığa buraxıb.
mənbə: interpress