“Üç liderimizə pusqu qurulub, narkoloji müayinəyə aparıblar”

Jul 9, 2025 - 10:48
 0  76
“Üç liderimizə pusqu qurulub, narkoloji müayinəyə aparıblar”

"Lelo – Güclü Gürcüstan" partiyasının baş katibi İrakli Kupradze sosial şəbəkədə paylaşım edərək bildirib ki, partiyanın üç liderinə pusqu qurulub və onlar narkoloji müayinəyə aparılıblar.

O bu barədə Facebook sosial şəbəkəsində yazıb.

Kupradzenin məlumatına görə, narkoloji müayinəyə aparılan şəxslər bunlardır: baş katibin müavini Oto Farulava, koalisiyanın kommunikasiya rəhbəri Levan Jorbenadze və gənclər təşkilatının lideri Beka Beridze.

Onun sözlərinə görə, əməliyyat şəhərin müxtəlif yerlərində – evlərin yaxınlığında, Did Digomi, Saburtalo və Çuxureti rayonlarında eyni vaxtda həyata keçirilib.

“Onları tapmağa və əlaqə qurmağa çalışırıq. Beka hələ də evinin yaxınlığında saxlanılıb. Vəkillər və komanda yoldaşlarımız yoldadırlar,” – deyə Kupradze bildirib.

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə aktivist Beka Papaşvilinin də narkoloji müayinəyə aparıldığı barədə məlumat yayılmışdı.

mənbə: interpress