ABŞ-ın Gürcüstandakı səfirliyi vətəndaşlara xəbərdarlıq edir

ABŞ-ın Gürcüstandakı səfirliyi Gürcüstan vətəndaşlarını Birləşmiş Ştatlara səfər edərkən qanunlara ciddi şəkildə riayət etməyə çağırır.
Bu barədə Səfirlik sosial şəbəkədə məlumat yayıb.
Qurumun məlumatına görə, ABŞ-da zorakılıq, oğurluq və ya soyğunçuluq kimi hüquq pozuntuları təkcə hüquqi məsuliyyət doğurmur, həm də vizanın ləğv olunması və ya gələcəkdə viza ala bilməmə riski yaradır.
“ABŞ-da zorakılıq, oğurluq və ya soyğunçuluq törətmək təkcə hüquqi məsuliyyətə səbəb olmur. Belə hallarda vizanız ləğv edilə bilər və ya gələcəkdə viza almaq imkanını itirə bilərsiniz. Birləşmiş Ştatlar qanunun aliliyinə böyük əhəmiyyət verir və xarici vətəndaşlardan da bu qanunlara əməl etmələrini gözləyir”, – deyə səfirliyin məlumatında qeyd olunub.
mənbə: interpress