Gürcüstan Patriarxının dəfni ilə əlaqədar nəqliyyat iki gün ödənişsiz olacaq
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimi ilə əlaqədar martın 21-i və 22-də ölkə üzrə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək.
Xeber.ge xeber verir ki,
Qərara əsasən, martın 21-i və 22-də aşağıdakı nəqliyyat vasitələrindən istifadə pulsuz olacaq:
- Tbilisi bələdiyyə nəqliyyatı: Paytaxt daxilində bütün avtobus və metro xətləri;
- Şəhərlərarası nəqliyyat: Müxtəlif şəhərlər arasında hərəkət edən avtobuslar;
- Dəmir yolu nəqliyyatı: Qatarlarla sərnişindaşıma xidmətləri.
Vida mərasimində iştirak etmək üçün bölgələrdən Tbilisiyə gəlmək istəyən vətəndaşlar üçün xüsusi ödənişsiz marşrutlar təyin ediləcək. Dövlət Komissiyası insan axınını idarə etmək və vətəndaşların paytaxta rahat çatmasını təmin etmək məqsədilə əlavə nəqliyyat vasitələrinin ayrılmasını tapşırıb.