ABŞ-ın "casus təyyarəsi" Rusiyanı təşvişə saldı: Gürcüstan sərhədinə qədər gəldi

Apr 13, 2026 - 19:45
 0  17
ABŞ-ın "casus təyyarəsi" Rusiyanı təşvişə saldı: Gürcüstan sərhədinə qədər gəldi

ABŞ-a məxsus kəşfiyyat təyyarəsi bu səhər Qara dəniz akvatoriyasında, Krım və Krasnodar diyarı sahillərindən cənubda xüsusi missiya yerinə yetirib.

Xeber.ge xəbər verir ki, bu barədə hava hərəkətinin monitorinqi məlumatlarında qeyd olunub.

Məlumata görə, xüsusi təyyarə Bakı vaxtı ilə saat 09:40 radələrində Rumıniyanın Konstansa şəhərindən havaya qalxıb. Gürcüstan sahillərinə təxminən 170 kilometr qalmış kəşfiyyat aparatı geri dönərək eyni marşrutla bazasına qayıdıb.

Söhbət radar kəşfiyyatı üçün uyğunlaşdırılmış və "ARTEMIS II" adı ilə tanınan "Bombardier Challenger 650" təyyarəsindən gedir. Bu texnika siqnalların uzaq məsafədən tutulması və emal edilməsi üçün istifadə olunur.

Bildirilir ki, sözügedən bort mütəmadi olaraq oxşar uçuşlar həyata keçirir. Pentaqonun sifarişi ilə bu tipli cəmi iki təyyarənin istehsal edildiyi vurğulanır.

Qeyd edək ki, Rusiya tərəfi NATO-nun sərhədlərində artan fəallığından narahatlığını bildirsə də, Alyans bu addımları "çəkindirmə missiyası" kimi əsaslandırır.

mənbə: publika.az