8 və 11 yaşlı uşaqlara qarşı ağır cinayətlər
Gürcüstan Prokurorluğu on dörd yaşa çatmamış iki azyaşlıya qarşı əxlaqsız hərəkətlər, seksual xarakterli hərəkətlərə məcbur etmə və şəxsi həyatın sirrini pozma faktları üzrə bir şəxsə ittiham elan edib.
XEBER.GE xeber verir ki, məlumatı Prokurorluq yayıb.
İdarənin məlumatına görə, Tbilisi Prokurorluğunun Şəxsi həyatın toxunulmazlığı əleyhinə mübarizə idarəsinin apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs "TikTok" sosial şəbəkəsindəki saxta hesablar və "WhatsApp" tətbiqi vasitəsilə 8 və 11 yaşlı yeniyetmələrin etibarını qazandıqdan sonra onlarla seksual məzmunlu ünsiyyət qurub. Zərərçəkənlərin yaşından istifadə edərək və adını ləkələyən məlumatların yayılması ilə hədələməklə onları intim məzmunlu, o cümlədən seksual xarakterli hərəkətləri əks etdirən foto və videolar çəkib göndərməyə məcbur edib, zərərçəkənlərdən birinə isə özü də seksual məzmunlu videolar göndərib. Həmçinin, təqsirləndirilən şəxs zərərçəkəndən qanunsuz olaraq əldə etdiyi intim məzmunlu fotoları onun anasına göndərib.
Ona qiyabi olaraq Gürcüstan Cinayət Məcəlləsinin 157-1-ci maddəsinin 1-ci hissəsi (şəxsi həyat sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və yayılması), 141-ci maddəsinin 2-ci hissəsinin "v" bəndi (qabaqcadan bilərəkdən on dörd yaşa çatmamış şəxsə qarşı əxlaqsız hərəkət) və 139-cu maddəsinin 4-cü hissəsinin "b" bəndi (azyaşlıya qarşı seksual xarakterli hərəkətlərə məcbur etmə) ilə ittiham elan olunub ki, bu da 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Təqsirləndirilən şəxsə başqa cinayət işi üzrə qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və o, axtarışa verilib. Prokurorluq məhkəməyə ilkin dinləmə tarixinin müəyyən edilməsi üçün artıq müraciət edib.
Prokurorluq təqsirləndirilən şəxs barəsində müvafiq hüquqi tədbirlər görəcək.
Gürcüstan Prokurorluğu bu kateqoriyadan olan işlər üzrə sərt cinayət-hüquqi siyasət həyata keçirir və gələcəkdə də bunu davam etdirəcək.