2027-ci ildən Gürcüstanda pensiyalar artır

Sep 30, 2026 - 15:57
 0  35
2027-ci ildən Gürcüstanda pensiyalar artır

XEBER.GE xeber  verir ki, 2027-ci ildən etibarən 70 yaşdan aşağı şəxslərin pensiyası 20 lari, 70 yaşdan yuxarı vətəndaşların pensiyası isə 60 lari artacaq.

Praktiki olaraq, bütün nazirlikələrə vəsait əlavə olunur. Sosial məsələlərə gəldikdə isə – 70 yaşdan yuxarı şəxslərin pensiyası 60 lari artaraq 555 lari olacaq, dağlıq ərazilərdə yaşayn həmin yaş kateqoriyasından olan insanların isə 665 larisi olacaq. 70 yaşdan aşağı şəxslərin halında isə pensiya 20 lari artacaq. Eyni proporsiya ilə əlilliyi olan şəxslərə də şamil edilib. Hazırda dövlət sektorunda maaşlar 8.4  % artacaq.