Əfqanıstanda güclü zəlzələ - 800 nəfər öldü

Sep 1, 2025 - 11:34
Sep 1, 2025 - 15:03
 0  13
Əfqanıstanda güclü zəlzələ - 800 nəfər öldü

Ötən gün Əfqanıstanın Kunar vilayətində 6,2 bal gücündə zəlzələ baş verib.

Xeber.ge xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində azı 800 nəfər ölüb, 2700-dən çox adam isə yaralanıb.

Qeyd olunub ki, yeraltı təkanlar qonşu Pakistanda da hiss olunub.

mənbə: qafqazinfo.az