Zurabişvili Qomelaurinin istefası və Amerika səfirliyinin bəyanatına fikir bildirdi

"Biz dağılma və təlatüm prosesini daha aydın görürük. Praktiki olaraq bir gün keçmir ki, Bidzina İvanişvilinin ətrafında indiyədək onu gücləndirən ilk çevrənin dağılmasına dair yeni əlamət görməyək. Bu, sanksiyaların bizim təsəvvür etdiyimizdən qat-qat artıq işləməsinə işarədir. Yeri gəlmişkən, sanksiyalar üçün xarakterikdir ki, onlar əvvəlcə yavaş, sonra isə sürətləndirilmiş templə işləyirlər"
Salome Zurabişvili bunu Vaxtanq Qomelaurinin istefası və ABŞ səfirliyinin bəyanatını qiymətləndirərkən deyib.
"İkinci əlamət çox vacibdir. Əslində, Bidzina İvanişvili bu son addımları ilə ona ən yaxın olan, güvəndiyi, söykəndiyi insanları itirir.O, əslində çılpaq qalır və onun arxasında bir İrakli Kobaxidze dayanır ki, bu da bu rejimin daxili gücə malik olduğunun göstəricisi deyil. Bu, onların üzləşməli olduğu siyasi reallıqdır.
Eyni zamanda, demokratik dostlarımızla bütün tərəfdaşlıqlar itirilir, bu da aydındındır. Biz həmişəkindən daha güclü olmalıyıq, ürəyimizdə əmin olmalıyıq ki, bu döyüş ədalətli mübarizədir və nəticədə qələbə gətirəcək."
mənbə: interpress