Zelenski ABŞ-dən aldığı yardımın ümumi məbləğini açıqlayıb
Ukrayna ABŞ-dən 105 milyard dollarlıq silah və yardım alıb.
Xeber.ge xəbər verir ki,
"Mənim ölkəm nə qədər yardım edildiyini açıq şəkildə sənədləşdirir. Bildiyiniz kimi, biz 105 milyard dollar aldıq. Bunun da böyük hissəsi silah şəklində olub".
Prezident maliyyə yardımının silaha xərcləndiyini vurğulayıb: “Onlardan döyüş meydanında istifadə olunub”.
O, silahların bir hissəsinin başqa yerə göndərilməsi ilə bağlı mediada yayılan xəbərləri də təkzib edib.
mənbə: report