"Yuxarı Lars" yenidən bağlandı
Gürcüstandan Rusiyaya gedən “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsi bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi məlumat verib.
“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu riski yüksəkdir, ona görə də bütün növ avtomobillər üçün bu hissədən keçid qadağandır”, - deyə bildirilib.
Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.
mənbə: axar