Yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkət edən müəllim saxlanılıb– VİDEO

May 11, 2025 - 15:25
 0  41

Xaşurda 15 yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkət ittihamı ilə 60 yaşlı kişi saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs musiqi müəllimidir və şagirdlərə xalq çalğı alətləri üzrə dərs deyirdi.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 141-ci maddəsi ilə başlanıb. İstintaq davam edir.

mənbə: interpress