Barda baş verən qətl hadisəsi ilə bağlı iki nəfər saxlanılıb

May 11, 2025 - 20:45
 0  86
Barda baş verən qətl hadisəsi ilə bağlı iki nəfər saxlanılıb
: :
playing

“Ratis Bar”da baş verən qətl hadisəsi ilə bağlı iki nəfər saxlanılıb.

Bununla bağlı DİN məlumat verib.

1989-cu il təvəllüdlü, əvvəllər müxtəlif ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinən İ.Q. qəsdən adam öldürmə, 1980-ci il təvəllüdlü R.P. isə xüsusilə ağır cinayət barədə məlumat verməmək ittihamı ilə saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən biri 2006-cı il təvəllüdlü A.Ş.-yə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. R.P. isə qətlin şahidi olsa da, cinayət barədə polisə məlumat verməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 108 və 376-cı maddələri ilə araşdırma aparılır.

Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

mənbə: interpress