Yeni qanun qüvvəyə minir...

Sep 16, 2025 - 18:25
 0  13
Yeni qanun qüvvəyə minir...

Gürcüstan parlamentində “Gürcü Arzusu” fraksiyasının yeni qanunvericilik təşəbbüsü müzakirəyə çıxarılıb.

Təşəbbüsə əsasən, korrupsiya və maliyyə cinayətlərinə görə məhkəmənin ittiham hökmü çıxarmış şəxslər – dövlət qulluqçuları, siyasi vəzifə sahibləri, A(A)İP, S(S)İP və dövlət müəssisələrində çalışan şəxslər – 30 il ərzində hər il Antikorrupsiya Bürosuna əmlak vəziyyəti haqqında bəyannamə təqdim etməyə borclu olacaqlar.

Fraksiyanın rəhbəri və parlament çoxluğunun lideri İrakli Kirkxaliya brifinqdə bildirib ki, dəyişikliklərin qüvvəyə minməsindən sonra korrupsiya cinayətinə görə məhkum olunmuş şəxslərin əmlak vəziyyətinin uzunmüddətli monitorinqi təmin ediləcək və bu, onların cəzanı çəkdikdən sonra da qanunsuz əldə edilmiş əmlakın leqallaşdırılmasına imkan verməyəcək.

“‘Gürcü Arzusu’nun hakimiyyətə gəlməsindən bəri əsas prioritetlərdən biri korrupsiyaya qarşı mübarizə olub. 13 il ərzində bu sahədə əhəmiyyətli nəticələr əldə etdik və beynəlxalq reytinqlərdə də bu təsdiqlənir. Lakin biz əldə olunanla kifayətlənməyəcəyik və məqsədimiz Gürcüstanı korrupsiyanın azlığı baxımından dünyanın ən yaxşı üç ölkəsi sırasına daxil etməkdir. Bu dəyişikliklər korrupsiyaya cəlb olunmaq istəyənlərə açıq siqnaldır”, – deyə Kirkxaliya qeyd edib.

Onun sözlərinə görə, dövlət təhlükəsizliyi xidməti bu prosesdə xüsusi rol oynayır, çünki son dövrdə aşkar edilmiş korrupsiya faktları dövlətin bu cür cinayətlərə qarşı barışmaz mövqeyini bir daha təsdiqləyib.

“Biz korrupsiyaya qarşı güzəştsiz mübarizəni davam etdirəcəyik və əminəm ki, cəmiyyətin dəstəyi ilə Gürcüstan dünyada ən az korrupsiyalı ölkələrin ilk üçlüyünə daxil olacaq”, – Kirkxaliya vurğulayıb.

mənbə: Intrepress.ge