Yaxın günlərdə ölkədə yağış və güclü külək gözlənilir

20 iyul axşam saatlarından başlayaraq 22 iyul səhərinədək ölkə ərazisində isti hava fonunda qısamüddətli yağış və ildırım çaxması müşahidə olunacaq.
Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Dağlıq və yüksək dağlıq ərazilərdə bəzi yerlərdə güclü yağış, dolu və küləyin güclənməsi ehtimalı var.
Agentlik xəbərdarlıq edir ki, gözlənilən yağıntılar Şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, dağlıq və təpəlik zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi “orta” olaraq qiymətləndirilir.
Əhalidən və aidiyyəti qurumlardan ehtiyatlı olmaları və xəbərdarlıqlara əməl etmələri xahiş olunur.
mənbə: interpress