"Ya həbs edilməli, ya da ölkədən qovulmalı olan 150 nəfərin siyahısı var"
"Bu proses böyük bir sirk və İvanişvilinin məndən külli miqdarda pul qoparmaq üçün həyata keçirdiyi cəza əməliyyatıdır".
Bu barədə Gürcüstanın Keçmiş İnvestisiya Fondu Direktoru Qiorqi Baçiaşviıi məhkəmə prosesi ilə bağlı danışarkən bildirib.
Baçiaşvili bildirib ki, İvanişvilinin istəyinə görə, məhkəmə heç açılmayacaq və o, birbaşa həbs ediləcək.
"Bu proses tamamilə formal bir şoudur. İvanişvilinin məqsədi sadəcə cəmiyyəti aldatmaq və insanlara göstərməkdir ki, bu rejim hüququn tələblərinə əməl edir", - deyə Baçiaşvili açıqlama verib.
Baçiaşvili həmçinin 150 nəfərlik bir siyahının mövcud olduğunu və bu insanların ya həbs olunmalı, ya da ölkədən qovulmalı olduğunu iddia edib. Onun sözlərinə görə, bu siyahıda iş adamları, fəallar, siyasətçilər və mədəniyyət sahəsinin nümayəndələri də yer alır.
Məlumatlara görə, Baçiaşvili hökumətin "çirkli metodlar" tətbiq etdiyini və müxtəlif təzyiq üsullarından istifadə etdiyini söyləyib. O, bununla yanaşı, "provosiyalar hazırlanır və buna qarşı tədbirlər alınır" - deyə əlavə edib.