Yəmən ordusu ABŞ qırıcıdaşıyanını vurdu
Yəmən ordusu (“Ənsarullah” hərəkatı, husilər) Qırmızı dənizdə ABŞ-a məxsus “USS Harry Truman” qırıcıdaşıyan gəmiyə zərbələr endirib.
Xeber.ge xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmisi Yəhya Sərii bəyan edib.
Bildirilib ki, ABŞ hərbi gəmisini 2 qanadlı raket və 4 PUA ilə hədəfə alıb.
Qeyd edilib ki, bu əməliyyət qabaqlayıcı xaraker daşıyıb, çünki ABŞ tərəfi Yəmən ərazisinə hücum etməyə hazırlaşırdı.
“Əməliyyat (ABŞ-ın) hücumunu pozmağa imkan verdi”, – deyə Sərii əlavə edib.
mənbə: az.shafaqna.com