Xüsusi İstintaq Xidməti Gürcüstan Prokurorluğuna birləşdiriləcək

May 19, 2025 - 15:04
 0  13
Xüsusi İstintaq Xidməti Gürcüstan Prokurorluğuna birləşdiriləcək

Xüsusi İstintaq Xidməti Prokurorluğa birləşdiriləcək – xidmətin mətbuat xidmətindən “Publika”ya bildiriblər ki, təşəbbüs parlamentin Büro iclasına təqdim edildikdən sonra dəyişikliklərlə bağlı əlavə detallar ictimaiyyətə açıqlanacaq.

“Xüsusi İstintaq Xidməti Prokurorluğa birləşdiriləcək. İctimaiyyətə əlavə detallar Gürcüstan Parlamentinin Büro iclasına qanunvericilik təşəbbüsü təqdim edildikdən və dəyişikliklərin zəruriliyi və formaları ətraflı şəkildə izah edildikdən sonra məlum olacaq”, – deyə Xüsusi İstintaq 

Xidmətindən bildirilib.

Xüsusi İstintaq Xidməti 2022-ci ilin 1 martında fəaliyyətə başlayıb. Bu, Gürcüstan və Avropa İttifaqı arasında imzalanmış 2017–2020-ci illəri əhatə edən Assosiasiya gündəliyi çərçivəsində ölkənin götürdüyü öhdəliyə əsaslanırdı. Məqsəd beynəlxalq öhdəliklərə uyğun olaraq, qeyri-insani rəftarla mübarizə üçün effektiv islahatların həyata keçirilməsi idi.

Etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları 300-dən çox insana qarşı fiziki zorakılıq tətbiq etmişdi. Bir çox aksiya iştirakçısı beyin silkələnməsi və müxtəlif xəsarətlər almışdı. Buna baxmayaraq, Xüsusi İstintaq Xidməti tərəfindən bir nəfər belə günahkar polis əməkdaşı cəzalandırılmayıb.

Aprelin 10-da Böyük Britaniya Xüsusi İstintaq Xidmətinin rəhbəri Koka Katsitadzeni maliyyə sanksiyaları ilə cəzalandırdı – bəyanata əsasən, o, insanlara qarşı qəddar, qeyri-insani və ya alçaldıcı rəftara bərabər olan halları araşdırmağa cavabdeh idi, lakin bu məsuliyyətini ya bilərəkdən, ya da səhlənkarlıq nəticəsində yerinə yetirmədi.

mənbə: marneulifm