Xulo meriyasının əməkdaşı rüşvət almaqda ittiham olunaraq saxlanılıb

Nov 8, 2025 - 19:10
 0  9
Xulo meriyasının əməkdaşı rüşvət almaqda ittiham olunaraq saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Xulo Bələdiyyəsinin nümayəndəsi rüşvət almaqda şübhəli bilinərək tutulub.

Xeber.ge xeber  verir ki, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət tenderində qalib gəlmiş şirkətin təmsilçisindən az miqdarda mal qəbul edib, lakin sənədlərdə tam çatdırılma kimi qeyd aparıb və şirkətə tam məbləğin köçürülməsini təmin edib.

Bu hərəkətinin qarşılığında bələdiyyə əməkdaşı şirkət nümayəndəsindən pul alıb. O, rüşvət alarkən hüquq-mühafizə orqanları tərəfindən cinayət başında saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci bəndi ilə istintaq aparılır. Maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.