Xidmət Agentliyi bu tarixlərində işləməyəcək
Xidmət Agentliyi bildirir ki, agentliyin struktur bölmələri 2026-cı il yanvarın 1-dən 4-dək (daxil olmaqla) fəaliyyət göstərməyəcək.
Xeber.ge xəbər verir ki,
Açıqlamada qeyd olunur ki, sürücülük vəsiqəsi almaq üçün praktik imtahanın birinci mərhələsinə (meydança) buraxılmanın 30-cu günü 2026-cı il yanvarın 1–4-ü tarixlərinə düşən şəxslərə 5–9 yanvar tarixləri arasında yalnız bir dəfə imtahanda iştirak etmək imkanı veriləcək.
“Dövlət qeydiyyat nişanlarını (avtomobil nömrələrini) saxlanma/rezerw müddəti göstərilən dövrdə bitən şəxslərin müddəti 5 yanvara qədər uzadılacaq.
Avtomobilin gömrük rəsmiləşdirilməsinin son günü 2026-cı il yanvarın 1–4-ü tarixlərinə düşən şəxslərə cərimə sanksiyaları tətbiq edilməyəcək və son tarix 5 yanvar olaraq müəyyən ediləcək.
Arayışın (apostil/leqallaşdırma) verilməsi 2026-cı il yanvarın 1, 2 və ya 3-nə düşən şəxslər arayışı 5 yanvarda ala biləcəklər. Əks halda, arayışların hazırlanma müddəti qanunvericiliklə müəyyən edilmiş müddətlərə uyğun hesablanacaq”, — deyə Xidmət Agentliyində bildirilib