Vəhşi Arman həbsxanada özünə qəsd etdi

Feb 1, 2025 - 18:26
 0  444
Vəhşi Arman həbsxanada özünə qəsd etdi

Qazaxıstanda iğtişaşlar təşkil etməkdə və adam qaçırmaqda ittiham olunan “Vəhşi Arman” kimi tanınan Arman Cumagəldiyev həbsxanada özünə xəsarət yetirib.

Xeber.ge xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirilib ki, onun səhhəti qənaətbəxşdir.

"Məhkum özünə cüzi xəsarətlər yetirib. Tibbi yardım dərhal göstərilib. O, xüsusi nəzarət altındadır", - deyə məlumatda vurğulanıb.

Faktla bağlı xidməti yoxlamalara başlanılıb.

mənbə: axar.az