ABŞ-da yalnız kişi və qadın cinsləri tanınacaq
ABŞ-ın 47-ci prezidenti Donald Tramp and içdikdən sonra ölkədə yalnız iki cinsin, kişi və qadının tanınacağını bildirən fərman imzalayıb.
Xeber.ge xəbər verir ki,
ABŞ-ın yalnız iki cinsi, kişi və qadını tanıyacağını bildirən fərmanda məqsədin qadınları ekstremist gender ideologiyasından qorumaq və bioloji reallığı ilkin vəziyyətinə qaytarmaq olduğu bildirilir.
Fərmanda federal hökumətin cins əvəzinə bioloji cins sözünü işlətmək niyyətində olduğu, pasport və viza kimi rəsmi sənədlərdə cinsin doğru şəkildə ifadə edilməsinin vacibliyi qeyd edilib.
“NBC News”un məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Co Bayden 2022-ci ildə ABŞ vətəndaşlarının pasportlarının gender bölməsində “X” sözündən istifadə etmək qərarına gəlib.
mənbə: publika.az