USAID vəsaitləri Gürcüstanda zərərli fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilib

Dec 25, 2025 - 21:12
 0  10
USAID vəsaitləri Gürcüstanda zərərli fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilib

 

USAID vəsaitləri Gürcüstanda zərərli fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilib.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, USAID barədə illərdir səsləndirdikləri fikirlərin tam həqiqət olduğunu diqqətə çatdırıb:

"Bu vəsaitlər Gürcüstanda ölkəyə zərər verən, olduqca ciddi və problemli fəaliyyətlərin maliyyələşdirilməsinə sərf olunurdu. Hakimiyyət uzun müddətdir ki, USAID tərəfindən ayrılan vəsaitlərin ölkənin maraqlarına zidd layihələrə yönəldildiyini bildirirdi və bu mövqe indi rəsmi şəkildə təsdiqlənir. Həmin bəyanatlarımız müxtəlif vaxtlarda "Rusiyayönlü açıqlamalar" kimi təqdim olunurdu. Lakin bu gün eyni fikirlər həmin layihələri maliyyələşdirən ölkənin rəsmi nümayəndəsi tərəfindən səsləndirilir. Bu da hər şeyin ictimaiyyət üçün aydın olmasına imkan yaradır".

Baş nazir qeyd edib ki, ABŞ Dövlət Katibi Marko Rubionun açıqlamaları Gürcüstan hökumətinin mövqeyini tam təsdiqləyir:

"Rubio bildirib: Biz USAID-i bağladıq və beynəlxalq yardımı Dövlət Departamentinin nəzarəti altına verdik ki, bu vəsaitlərin hara yönəldildiyini dəqiq bilək".

mənbə: report