Türkiyə-Gürcüstan əməkdaşlığı dərinləşir
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Tbilisidə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili ilə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşüb.
Bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə-Gürcüstan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının (HİK) 6-cı iclasında iştirak etdiyi Tbilisidə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.
Nazir Uraloğlu sosial mediada yazdığı paylaşımda, "Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Mariam Kvrivişvili ilə məhsuldar görüş keçirdik. Biz ölkələrimiz arasında dostluq münasibətlərini daha da gücləndirəcək və nəqliyyat, infrastruktur, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığımızı gücləndirəcək addımları birlikdə müzakirə etdik", deyə qeyd edib.
mənbə: oxu24