Tbilisinin mərkəzində əlbəyaxa dava ölümlə nəticələnib

Nov 24, 2026 - 14:41
 0  27
Tbilisinin mərkəzində əlbəyaxa dava ölümlə nəticələnib

Tbilisinin mərkəzində, Qoqebaşvili küçəsində bir kişi həyatını itirib. Yerli sakinlərin “TVPirveli” telekanalına verdiyi məlumata görə, hadisədən əvvəl tərəflər arasında əlbəyaxa dava baş verib.

XEBER.GE xeber  verir ki, gənc kişinin ehtimal ki, aldığı zərbədən yerə yıxıldığı və həyatla bir araya sığmayan xəsarət aldığı bildirilir.

“TVPirveli”yə təqdim olunan görüntülərdə hadisə yerinə təcili tibbi yardım briqadasının çağırıldığı görünür. Lakin göstərilən ilkin tibbi yardıma baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Ərazi sarı lentlə əhatəyə alınıb. İlkin məlumata görə, davada iştirak edən şəxslər və şahidlər polis bölməsinə aparılıblar.

Versiyalardan birinə əsasən, münaqişə parkinq üstündə yaranıb.